İspaniyanın “Barselona” futbol komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda İngiltərənin “Aston Villa” komandası ilə oyuna ciddi itkilərlə çıxacaq.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında dörd müdafiəçinin zədə səbəbindən komandaya kömək edə bilməyəcəyini açıqlayıb.
Almaniyalı mütəxəssisin sözlərinə görə, Xavi Espart, Erik Qarsiya, Andreas Kristensen və Jül Kunde zədədən əziyyət çəkirlər. O əlavə edib ki, müdafiəçilərin səviyyəsini nəzərə alsaq, bu vəziyyətin öhdəsindən gəlmək heç də asan deyil.
Flik bununla belə, zədəsini sağaldaraq komandaya qayıdan Frenki de Yonqun müdafiədə oynamağa hazır olmasını müsbət hal kimi qiymətləndirib. O, eyni sözlərin Brayan Farinyasa da aid olduğunu söyləyib.
Qeyd edək ki, “Barselona” - “Aston Villa” qarşılaşması bu gün, 3 noyabrda “Spotify Kamp Nou” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.



