Almaniyanın “Bavariya” futbol komandasının hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda İspaniyanın “Atletiko” komandası ilə oyun öncəsi rəqibin baş məşqçisi Dieqo Simeonenin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, “Qızıl top” mükafatının sahibi argentinalı mütəxəssisin təriflərini yüksək qiymətləndirib.
Simeone ingiltərəli hücumçunun “Qızıl top”a layiq olduğunu və digər futbolçular üçün nümunə sayıldığını bildirib.
Keyn isə AS nəşrinə açıqlamasında rəqib komandanın baş məşqçisinə təşəkkür edib:
“O, müasir dövrün ən yaxşı məşqçilərindən biridir. Ondan belə tərif eşitmək mənim üçün böyük şərəfdir. “Qızıl top”u qazandıqdan sonra reaksiyalar çox güclü oldu. Bəlkə də, mənim bu mükafata gedən yolum digər qaliblərdən fərqlənirdi. Karyeramda çox çətin anlar yaşadım”.
Hücumçu uğurlarının arxasında böyük zəhmətin dayandığını vurğulayıb:
“Amma məqsədyönlülük və gərgin əmək sayəsində indiki səviyyəyə çata bildim. Simeone məni və komandamızı dayandırmaq üçün əlindən gələni edəcək. Bizi çətin qarşılaşma gözləyir. Bununla belə, onun xoş sözlərini çox yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, “Atletiko” - “Bavariya” qarşılaşması noyabrın 3-də Madriddə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:59-da .



