İdman · Yeni Sabah

Bellinqemin atası 7 qol vurdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bellinqemin atası 7 qol vurdu xəbəri üçün şəkil

Cud Bellinqem və "Borussiya Dortmund"da çıxış edən Cob Bellinqemin atası Mark Bellinqem 50 yaşında növbəti tarixi uğuruna imza atıb.

“Yeni Sabah” xəbər verir ki, həvəskar karyerası ərzində 700-dən çox qol vurmuş veteran hücumçu İngiltərənin 50 yaşdan yuxarı futbolçulardan ibarət milli komandasında ilk rəsmi matçına çıxıb.

İrlandiya Respublikasının veteranlar yığmasına qarşı keçirilən qarşılaşmada Mark Bellingem rəqib müdafiəsini darmadağın edib. Debüt oyununda 7 qol vuran 50 yaşlı hücumçu qarşılaşmanın qəhrəmanına çevrilib. Marqarita pizza

Meydanda tam üstünlük göstərən İngiltərə komandası matçın sonunda 13:1 hesabı ilə qalib gəlib.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑