İdman · Publika.az

Bəzi insanlar bundan mənə qarşı istifadə etdilər - Keyn nəyi deyir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bəzi insanlar bundan mənə qarşı istifadə etdilər - Keyn nəyi deyir? xəbəri üçün şəkil

“Bayern”in hücumçusu və “Qızıl top” mükafatçısı Harri Keyn azarkeşlərin və ekspertlərin tənqidlərinə münasibətindən danışıb.

Publika.az xəbər verir ki, “The Touchline” Keynin sözlərini sitat gətirib.

“Sosial media və azarkeşlər səbəbindən bu günlərdə tənqid qaçılmazdır… Uzun müddət heç bir komanda kuboku olmadan yaşadım və bəzi insanlar bundan mənə qarşı istifadə etdilər.

Amma düşünürəm ki, futbolu həqiqətən başa düşənlər həmişə oyunumu qiymətləndiriblər. Və hiss edirəm ki, mən “Bayern”ə qoşulduğumdan bəri onlar bunu daha da qiymətləndirirlər”.

İngilis hücumçu “Tottenhem”dən transfer olunduqdan sonra 2023-cü ilin avqust ayından “Bayern”də oynayır.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑