İdman · İdman.biz

Azərbaycan karateçiləri dünya kubokunda üç medal qazanıblar - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan karateçiləri dünya kubokunda üç medal qazanıblar - FOTO xəbəri üçün şəkil

Azərbaycan Karate Federasiyasının “Vado-Ryu karate” üslubu üzrə milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunda üç medal qazanıblar.

İdman.Biz xəbər verir ki, oktyabrın 23-25-də təşkil olunan yarışda Azərbaycan idmançıları bir gümüş və iki bürünc medala yiyələniblər.

21 yaşadək idmançıların mübarizəsində 75 kq çəki dərəcəsində çıxış edən İmran İsmayılzadə finala yüksələrək gümüş medal qazanıb.

16-17 yaşlı karateçilər arasında 67 kq çəki dərəcəsində yarışan Uğur Quliyev bürünc mükafata sahib olub. Böyüklərin yarışında isə 80 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Maarif Xurşudov üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi dünya kubokunda Vilayət Əmirovun rəhbərliyi altında iştirak edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑