İdman · İdman.biz

Azərbaycanın iki güləşçisi Rusiyada qızıl medal qazanıb - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın iki güləşçisi Rusiyada qızıl medal qazanıb - FOTO xəbəri üçün şəkil

Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində olimpiya çempionu David Musulbesin şərəfinə keçirilən beynəlxalq turnirdə iki qızıl medal qazanıblar.

İdman.Biz xəbər verir ki, oktyabrın 10–11-də təşkil olunan yarışda 15 ölkədən 16 yaşadək 300-dən artıq güləşçi mübarizə aparıb.

Avropa çempionu Elvin Necəfzadə 85 kq çəki dərəcəsində bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da çempion olub.

Azərbaycan təmsilçiləri turnirdə U-15 millisinin böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında çıxış ediblər.

Qeyd edək ki, yarışda III dərəcəli beynəlxalq hakim Nihad Muradov da ədaləti qoruyub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑