Dünya · Günün Səsi

Zelenski: Kiyevə hücumda 16 ballistik raketdən istifadə olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: Kiyevə hücumda 16 ballistik raketdən istifadə olunub xəbəri üçün şəkil

Rusiyanın ötən gecə Ukraynaya hücumlarında, Kiyevə tərəfdaş ölkələrdən erkən xəbərdarlıq daxil olmayıb.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

Onun sözlərinə görə, yenə də hücumlarda enerji təsisatları hədəfə alınıb.

Bununla yanaşı, tibbi klinika, məktəb, metro stansiyası və yaşayış binalarına da hücum edilib.

“Ümumilikdə, Rusiya Kiyev və Kiyev regionuna 16 ballistik raket atıb. Bundan başqa müxtəlif tipli 200-dən çox drondan, o cümlədən reaktiv “Şahid” dronlarından istifadə olunub”,- Zelenski bildirib.

Hücumlarda 10-dan çox enerji obyektinin vurulduğu, 550 000 ailənin işıqsız qaldığı da qeyd olunub.

Qeyd edək ki, Zelenski bundan əvvəl ABŞ-ın Ukraynaya kəşfiyyat dəstəyini kəsdiyini iddia edib.

ABŞ Dövlət katibi Marko Rubio bunu təkzib edib və kəşfiyyat dəstəyinin davam etdiyini vurğulayıb.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑