Dünya · Günün Səsi

Lavrov G20 görüşü üçün ABŞ-a getdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lavrov G20 görüşü üçün ABŞ-a getdi xəbəri üçün şəkil

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Böyük iyirmilik” (G20) ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün ABŞ-ın Atlanta şəhərinə gedib.

Gununesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Görüş oktyabrın 30-31-də keçiriləcək.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Atlantada keçiriləcək müzakirələrin əsas mövzusu dünya iqtisadiyyatı olacaq. O, həmçinin müasir geosiyasətdə müşahidə olunan dağıdıcı tendensiyaların təhlil ediləcəyini qeyd edib.

G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək “Böyük iyirmilik” sammitinə hazırlıq xarakteri daşıyır.

ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Vaşinqtonun Rusiya Prezidenti Vladimir Putini ABŞ-da keçiriləcək G20 sammitinə dəvət etdiyini bildirmişdi.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin sammitdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verilmədiyini açıqlayıb.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑