Dünya · Publika.az

“Binance” kriptobirjasına hücum necə həyata keçirilib? - Rəsmi açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Binance” kriptobirjasına hücum necə həyata keçirilib? - Rəsmi açıqlama xəbəri üçün şəkil

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance” mümkün haker hücumundan sonra vəsaitlərin yatırılması və çıxarılması üzrə bütün əməliyyatları müvəqqəti dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilir:

“Vəsaitlərin çıxarılması xidməti müvəqqəti olaraq dayandırılıb. Hazırda komandamız vəsaitlərin çıxarılması xidmətinin və onunla əlaqəli ünvanların təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üzərində işləyir. Xidmətin 48 saat ərzində bərpa olunacağını gözləyirik. Bununla bağlı əlavə məlumat da paylaşılacaq.

Hadisə bir neçə amilin təsiri nəticəsində baş verib. Təhlükəsizlik komandamız hücumun bütün mərhələlərini araşdırır. Ehtimal olunur ki, hücum edən şəxslər sistemə daxil olmaq üçün ələ keçirilmiş kompüterdən istifadə ediblər. Hadisənin əsas səbəbini açıqlayan ətraflı hesabat yaxın zamanda dərc olunacaq.

“Binance”in rəsmi kommunikasiya kanalları vasitəsilə yeniliklər barədə məlumat verməyə davam edəcəyik”.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑