Dünya · Bizim.Media

Helikopterlər havada toqquşdu – Ölənlər var – Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Helikopterlər havada toqquşdu – Ölənlər var – Foto xəbəri üçün şəkil

ABŞ-ın Oreqon ştatının şimal-qərbində, aeroport yaxınlığında iki helikopterin havada toqquşması nəticəsində 3 nəfər həlak olub.

Bizim.Media "CNN" telekanalına istinadən xəbər verir ki, Yemhill dairəsi şerif idarəsinin məlumatına görə, xilasedicilər helikopterlərin qalıqlarını Portlenddən təxminən 40 mil cənub-qərbdə yerləşən Makminnvill bələdiyyə aeroportu yaxınlığındakı xüsusi kənd təsərrüfatı sahasində tapıblar.

Məlumata görə, helikopterlərdən birində Teksasdan olan 22 yaşlı uçuş təlimatçısı Meddi Asbo (Maddie Asbo) və onun tələbəsi, Böyük Britaniya vətəndaşı olduğu ehtimal edilən kursant olub.

İkinci helikopteri isə Oreqon ştatının 38 yaşlı sakini Tayler Sterdevant (Tyler Sturdevant) idarə edib.
 

"Hər üç şəxs qəza yerində dünyasını dəyişib", — deyə Yemhill dairəsinin şərifi Semyuel C. Elliott sosial şəbəkə hesabında bildirib.


Hadisənin başvermə səbəbləri ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılır.


Bizim.Media
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑