Dünya · Globalinfo.az

Polşada vəziyyət nə yerdədir? – FOTOLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada vəziyyət nə yerdədir? – FOTOLAR xəbəri üçün şəkil

Polşada Konstitusiya Tribunalı ətrafında yaranan siyasi böhran Prezident Karol Navrotskinin ölkəyə qayıtmasından sonra da həllini tapmayıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Seneqala rəsmi səfərini yarımçıq saxlayaraq ölkəyə qayıdan dövlət başçısı Polşa Konstitusiya Məhkəməsinin sədri Boqdan Sveçkovski ilə görüşüb, daha sonra isə Konstitusiya Tribunalının binasına yollanıb.

Maneələrə baxmayaraq, tribunalın binasına daxil olan Navrotski burada məhkəmənin idarəçiliyini öz üzərinə götürmüş hakim Anna Korvin-Piotrovska və digər hakimlərlə üz-üzə gəlib. Tərəflər arasında mübahisə yaşanıb. Prezident binadakı hakimlərin legitimliyini tanımadığını bildirib. Korvin-Piotrovska isə özünün və digər hakimlərin Konstitusiya Tribunalının üzvləri olduğunu vurğulayıb. Navrotski səhər saat 05:00 radələrində binanı tərk edib.

Bundan sonra Polşa Prezidenti ölkədə konstitusiya quruluşunun pozulduğunu və dövlət orqanının zorla ələ keçirildiyini bəyan edib. O, hökumətin göstərişi ilə tribunalın ərazisinə göndərilən hüquq-mühafizə qüvvələrinin binanı tərk etməsini tələb edib.

Dövlət başçısı yaranmış vəziyyətin ölkənin daxili təhlükəsizliyinə təhdid yaratdığını bildirərək oktyabrın 31-də parlamentdə təmsil olunan siyasi qüvvələrin nümayəndələri ilə təcili məsləhətləşmələr keçirəcəyini elan edib.

Baş verən hadisələr fonunda Polşanın Çindəki səfiri Yakub Kumoçun ardınca Rumıniyadakı səfir Pavel Solox da vəzifəsindən istefa verib.

98960834c4d6f424086abb98edbb8230

2026 10 30T233311Z 134295735 MT1SIPA000MFZXMW RTRMADP 3 SIPA USA pic 32ratio 600x400 600x400 24435
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑