Dünya · Bizim.Media

Koronavirusun yeni variantı bir neçə qitəyə yayılıb -ÜST

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Koronavirusun yeni variantı bir neçə qitəyə yayılıb -ÜST xəbəri üçün şəkil

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun PJ.2.1 variantının dünyada yayılma riskinin artdığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəliyinə istinadən RİA Novosti məlumat yayıb.
 

Bildirilib ki, ilk dəfə 2026-cı ilin mayında aşkarlanan variant artıq bir neçə qitəyə yayılıb. İnsanların ölkələrarası səfərləri davam etdikcə onun digər ölkələrə keçmə riski də artır.


PJ.2.1 variantının Kanada, ABŞ və Avropada dövr etdiyi qeyd olunur.

Hazırda bu variantın digər son SARS-CoV-2 variantları ilə müqayisədə daha ağır xəstəliyə səbəb olduğunu göstərən dərc edilmiş klinik məlumat yoxdur.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑