“Apple” şirkətinin bazar dəyəri 5 trilyon dolları ötərək 5,03 trilyon dollara çatıb. Bununla da şirkət dünyanın ən bahalı şirkətləri reytinqində yenidən birinci pilləyə yüksəlib.
KONKRET.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, mikroçip istehsalçısı “Nvidia”nın bazar kapitallaşması isə 4,93 trilyon dollar təşkil edib.
Mediada yayılan məlumatlara əsasən, “Apple” bazarda baş verən dəyişikliklər fonunda əsas rəqibini geridə qoyaraq liderliyi ələ keçirib.
Günay Əli
KONKRET.az



