Gürcüstanın Batumi şəhərində “İnterpol”un qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının müraciəti əsasında, 12 yaşına çatmış uşağa qarşı ağırlaşdırıcı hallarda törədilmiş cinsi zorakılıq ittihamı ilə axtarışda olub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs Batumidə saxlanılıb.
Hazırda saxlanılan şəxsin Türkiyəyə ekstradisiyası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan prosedurlar həyata keçirilir.



