Dünya · Axar.az

Faciəvi şəkildə həlak olan jurnalistlə bağlı təsirli fakt...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Faciəvi şəkildə həlak olan jurnalistlə bağlı təsirli fakt... xəbəri üçün şəkil

Türkiyənin Nevşehir vilayətinin Göreme qəsəbəsində qopan qaya parçalarının altında qalaraq həyatını itirən jurnalist Fateh Əray Tuna ilə bağlı ürəkdağlayan fakt üzə çıxıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, 31 yaşlı jurnalist hələ 4 yaşında olarkən, 1999-cu il avqustun 17-də baş verən Mərmərə zəlzələsi zamanı dağıntılar altında qalıb və təxminən 5 saat sonra xilas edilib.

2 gün əvvəl baş verən faciə nəticəsində jurnalist Fateh Əray Tuna və onun həyat yoldaşı, 31 yaşlı Begüm Çetinkaya Tuna, eləcə də Fransa vətəndaşı olan 37 yaşlı Sintiya Fransin Mari Madlen Uper həyatını itirib. 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faciə ilə bağlı digər təsirli məqam isə Fateh Əray Tuna ilə Begüm Çetinkaya Tunanın cəmi bir neçə ay əvvəl - iyulun 5-də ailə qurmasıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑