Rusiya Ermənistanın Polşadakı keçmiş səfiri Samvel Mkrtçyanın Moskvaya səfir təyin olunmasına razılıq verməyib.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbəsinə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, məhz Rusiya tərəfinin razılıq verməməsi səbəbindən Ermənistanın Moskvadakı hazırkı səfiri Qurgen Arsenyanın dəyişdirilməsi baş tutmayıb.
Qəzet ehtimal edir ki, bu mövqe Mkrtçyanın uzun illər Avropa ölkələrində diplomatik fəaliyyət göstərməsi ilə bağlı ola bilər.
Məlumatın rəsmi təsdiqi yoxdur.






