Dünya · Yeni Çağ

Ayaqqabı fabriki yanğınında 4 nəfər öldü - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ayaqqabı fabriki yanğınında 4 nəfər öldü - Yeni Çağ xəbəri üçün şəkil

Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində yaranıb.

Binadan huşsuz vəziyyətdə tapılan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 4-ü ölüb, 2-si isə həkimlərin nəzarəti altındadır.

Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib. Fabrikdə tezalışan materialların, o cümlədən rezin və kimyəvi maddələrin olması səbəbindən söndürmə işləri təxminən 4 saat davam edib.

Polis və kriminalistlər hadisənin səbəblərini araşdırmağa başlayıblar. Mütəxəssislər binanın planını, giriş və çıxışların mövcudluğunu, həmçinin yanğın təhlükəsizliyi tələblərinə əməl olunmasını yoxlayırlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑