Dünya · Bizim.Media

Çin yeni qızıl və nikel ehtiyatları aşkarlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin yeni qızıl və nikel ehtiyatları aşkarlayıb xəbəri üçün şəkil

Çində qızıl, nikel və reniumun yeni ehtiyatları aşkar edilib. Bu, ölkədə strateji faydalı qazıntı ehtiyatlarının kəskin şəkildə yenidən qiymətləndirilməsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Çinin Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, renium ehtiyatları 200 faizdən çox artıb. Qızıl və nikel ehtiyatlarının artımı isə müvafiq olaraq 50 və 30 iri yatağın ehtiyatlarına bərabərdir.

Hesabata əsasən, aşağı filiz tərkibinə malik və hasilatı çətin olan yataqların yenidən qiymətləndirilməsindən sonra qallium, indium, tantal və vanadium ehtiyatlarının artımı hər biri 10-dan çox iri yatağın ehtiyatlarına bərabər olub.

Bundan əlavə, Çində ölkənin ilk sirkon səpinti yatağına malik allüvial-göl sistemi aşkar edilib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑