Dünya · Editor.az

Vensdən İranla bağlı sensasiyalı açıqlama: Tramp müharibəyə son qoyacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vensdən İranla bağlı sensasiyalı açıqlama: Tramp müharibəyə son qoyacaq? xəbəri üçün şəkil

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens İranla yaşanan qarşıdurmanın uzunmüddətli və sonu görünməyən müharibəyə çevrilməyəcəyini bəyan edib.

Editor.az xəbər verir ki, Vens bu barədə danışarkən ABŞ-ın İranla qarşıdurmasının yeni olmadığını vurğulayıb. Onun sözlərinə görə, hazırkı gərginlik səkkiz aydır davam etsə də, Vaşinqtonla Tehran arasında münaqişənin kökləri 47 il əvvələ gedib çıxır.

Vitse-prezident amerikalıların yenidən uzunmüddətli müharibəyə cəlb olunacağından narahat olmamalı olduğunu bildirib.

“Əgər sizi daha bir sonsuz müharibə ehtimalı narahat edirsə, əmin ola bilərsiniz ki, İranla müharibə belə bir müharibəyə çevrilməyəcək. Sizə söz verirəm ki, Donald Tramp buna imkan verməyəcək”, – deyə Vens qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyat planı üzərində işlədiyi barədə məlumatlar yayılıb. İddialara görə, Tehranla aparılan danışıqlar nəticəsiz qalarsa, mümkün hərbi əməliyyat ABŞ-da keçiriləcək aralıq seçkilərdən dərhal sonra başlaya bilər.

Beləliklə, Vaşinqtondan verilən sakitləşdirici bəyanatlara baxmayaraq, ABŞ və İran arasında növbəti hərbi qarşıdurma ehtimalı ilə bağlı müzakirələr davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑