Dünya · Bakı Xəbər

ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın... xəbəri üçün şəkil



Fransada oktyabrın 31-də keçirilməsi planlaşdırılan etirazlarla əlaqədar ABŞ öz vətəndaşları üçün gücləndirilmiş təhlükəsizlik xəbərdarlığı elan edib.

Əvvəlki nümayişlərdə olduğu kimi, ABŞ-nin Fransadakı səfirliyi həftəsonu etirazlarından əvvəl öz vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı elan edib. BFMTV-nin məlumatına görə, bu xəbərdarlıq əvvəlki zorakı toplantılar, talanlar və polisə hücumlar, habelə təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsi ilə müşayiət olunan iğtişaşlardan sonra edilib. ABŞ, həmçinin bəzi yerlərdə hələ də qüvvədə olan komendant saatı barədə xəbərdarlıq edib.

Birləşmiş Ştatların səfirliyi tövsiyə edib ki, vətəndaş özünü gözlənilmədən izdihamlı yerlərə yaxın ərazidə taparsa, ehtiyatlı davranmalı və oradan dərhal uzaqlaşmalıdır.

ZÜMRÜD

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑