Dünya · Təzadlar

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava- FOTO - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava- FOTO - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Dünən Ermənistan parlamentində deputatlar arasında fiziki qarşıdurma yaşanıb. Tezadlar.az Ermənistan mediasına istinadla bildirir ki, hadisə Ermənistan Milli Assambleyasında Audit Palatasının üzvünün seçilməsi məsələsi müzakirə olunarkən baş verib. Nəşrin məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Taron Çaxoyan çıxışı zamanı “Güclü Ermənistan” partiyasının lideri Narek Karapetyana müraciət edib. Çaxoyan bildirib ki, Karapetyanın əmisi oğlunun parlament seçkilərindən əvvəl səsləndirdiyi fikirlərə görə hələ də üzr istəməyib. Həmin açıqlamada hakimiyyətə gələcəkləri təqdirdə qadınların tələbatlarını qarşılamaq üçün ayrıca nazirlik yaratmağı planlaşdırdıqları deyilmişdi. Bundan sonra Narek Karapetyan Çaxoyanın tribunası yaxınlaşaraq deputatlar arasında fiziki qarşıdurmaya səbəb olub.

Hadisədən sonra Ermənistan Milli Assambleyasının iclasında fasilə elan edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑