Dünya · Günün Səsi

Hörmüz boğazında 3 tanker minaya düşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında 3 tanker minaya düşdü xəbəri üçün şəkil

Ötən sutka Hörmüz boğazından keçən 3 tanker minaya düşüb.

Gununesi.info xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəmilər Hörmüz boğazının cənub hissəsindən keçərkən minaya düşüblər.

Tankerlərin bütün radar və naviqasiya sistemlərini söndürərək, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı qeyd olunub.

SEPAH-ın məlumatında Hörmüz boğazından keçməyə çalışan gəmilərə ABŞ-ın Mərkəzi Komandanlığına inanmalarına dair çağırış olunub, eyni zamanda, su yolunun cənub hissəsinin minalarla dolu olduğu ilə bağlı xəbərdarlıq edilib.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑