Dünya · Günün Səsi

Ermənistanın Müstəqillik Bəyannaməsi anti-dövlət sənədidir – Paşinyan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanın Müstəqillik Bəyannaməsi anti-dövlət sənədidir – Paşinyan xəbəri üçün şəkil

Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni anti-dövlət xarakteri daşıyır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində bildirib.

Gununsesi.info xəbər verir ki, Paşinyan bunu həmin sənədin məzmunu ilə müstəqil dövlət qurmağın mümkün olmaması ilə əsaslandırıb.

“Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, – deyə baş nazir vurğulayıb.

O əlavə edib ki, hazırda dünya nizamı dağılmaqdadır və Ermənistan belə bir şəraitdə sülhü bərqərar edə bilib.

Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsində əks olunan ideologiyadan imtina etmək Ermənistanın öz maraqlarından irəli gəlir və bunun Azərbaycanla, yaxud hər hansı xarici qüvvə ilə əlaqəsi yoxdur.

“Bu, Ermənistanın maraqlarından irəli gəlir”, – deyə Paşinyan qeyd edib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑