Dünya · Globalinfo.az

Türkiyə ABŞ ilə F-35 təyyarələrinin tədarükü üzrə danışıqları davam etdirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə ABŞ ilə F-35 təyyarələrinin tədarükü üzrə danışıqları davam etdirir xəbəri üçün şəkil

Türkiyə hökuməti ölkə üçün istehsal edilmiş altı F-35 qırıcı təyyarəsinin təhvil alınması ilə bağlı ABŞ ilə danışıqları davam etdirir. Ankara, həmçinin müdafiə sənayesinə tətbiq olunan Amerika sanksiyalarının ləğv olunacağına ümid edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqindən sonra yaydığı açıqlamada bildirilib.

“Ölkəmiz üçün istehsal olunan altı F-35 qırıcı təyyarəsinin tədarükü ilə bağlı ABŞ hakimiyyəti ilə əlaqələrimiz davam edir”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Ankara Vaşinqtonu CAATSA qanunu çərçivəsində tətbiq edilmiş sanksiyaları ləğv etməyə, eləcə də Türkiyənin müdafiə sənayesinə qarşı bütün birbaşa və dolayı məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Türkiyə Müdafiə Nazirliyi bu məhdudiyyətlərin müttəfiqlik münasibətlərinin prinsiplərinə uyğun olmadığını vurğulayıb. Nazirlik iki ölkənin qarşılıqlı maraqlarını nəzərə almaqla məsələnin müsbət həllinə nail olunacağına ümid etdiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑