71 yaşlı Roma Papası XIV Leoda ağciyər xərçəngi aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, pontifikin sağ ağciyərinin aşağı payının çıxarılması üçün cərrahi əməliyyat keçirilib.
Bildirilir ki, analizlər nəticəsində ağciyər adenokarsinoması diaqnozu təsdiqlənib.
Papanın əməliyyat otağında təxminən üç saat qaldığı, cərrahi müdaxilənin isə 90 dəqiqə davam etdiyi bildirilir.
Oktyabrın 13-də “RaiNews” telekanalı XIV Leonun Romadakı “Cemelli” klinikasına yerləşdirildiyini xəbər verib. Onu şəxsi həkimi Luici Karbone müşayiət edib.
Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatına görə, əməliyyat uğurla başa çatıb və pontifik palataya köçürülüb.
Safura Bənnayeva
Globalinfo.az



