Dünya · Globalinfo.az

Nobel Sülh Mükafatı laureatından Trampa mesaj – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nobel Sülh Mükafatı laureatından Trampa mesaj – VİDEO xəbəri üçün şəkil

Nobel Sülh Mükafatı laureatı Navi Pillay mükafata layiq görüldüyünü öyrəndikdən sonra ABŞ Prezidenti Donald Tramp haqqında ironik açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Cənubi Afrika əsilli hüquqşünas və BMT-nin keçmiş İnsan Hüquqları üzrə Ali Komissarı Navi Pillay mükafatı Trampla bölüşə biləcəyini zarafatla dilə gətirib.

“Bir az da çox əl çalsanız, bu mükafatı Trampla bölüşə bilərəm”, – deyə Pillay qeyd edib.

O, mükafata layiq görüldüyü barədə xəbəri Almaniyada keçirilən Nürnberq Forumunda alıb. Xəbər tədbir iştirakçılarının sürəkli alqışları ilə qarşılanıb.

Pillay həmin anda alqışların onun üçün böyük əhəmiyyət daşıdığını etiraf edib. Bununla belə, hüquqşünas olduğunu xatırladaraq, xəbəri hələ də yoxlamaq istədiyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑