Dünya · Globalinfo.az

Misir ordusu da əməliyyatlara qoşulur – İlginc səbəb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Misir ordusu da əməliyyatlara qoşulur – İlginc səbəb xəbəri üçün şəkil

Misir parlamenti Yəməndə husilərin hücumlarının intensivləşməsi fonunda Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi imkanını təsdiqləyib.

Qərarın Qahirənin regionda genişlənən münaqişəyə birbaşa cəlb olunması ilə nəticələnə biləcəyi deyilir.

Qeyd olunub ki, bu addım İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumlarının artması, Yəməndə vəziyyətin gərginləşməsi ilə əlaqədardır.

Husilərin hücumlarının Misirin strateji maraqları baxımından da narahatlıq doğurduğu bildirilir.

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Misirin Səudiyyə Ərəbistanına əməli dəstək verməsi, hərbçilərini bu ölkəyə göndərərək husilərlə mübarizəyə başlamasının iki səbəbi var:

“Birincisi, husilərin Səudiyyə Ərəbistanına hücumu və Bab əl-Məndəb boğazını ələ keçirməsi Qahirənin maraqlarına ziddir. Çünki bəhs olunan ərazi stratejidir və Misir iqtisadiyyatına zərər vurur. Bab əl-Məndəb boğazı husilərin əlinə keçsə, Süveyş kanalının da gəlirləri azalacaq.

İkincisi, bu da maliyyə ilə bağlıdır. Səudiyyə Ərəbistanına dəstək verməklə Misir gələcəkdə bu ölkənin investisiyalarını cəlb edə bilər.

Maraqlıdır ki, Misir heç “Məkkə sazişi”nin üzvü deyil, lakin husilərə qarşı əməliyyata dəstək verəcək”.

Turan Rzayev
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑