Dünya · Globalinfo.az

İran Prezidenti: Amerikaya etibar etmirik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Prezidenti: Amerikaya etibar etmirik xəbəri üçün şəkil

ABŞ tərəfi İranla danışıqlardan əvvəl Tehrana qarşı təzyiq, təhdid və sanksiyaları aradan qaldırmalıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistan Quru Qoşunlarının komandanı Asim Munirlə görüşdə bildirib.

“Xalqımız bu gün Amerikaya etibar etmir və hesab edir ki, əgər danışıqlar aparsaq, yenidən bizə hücum edəcəklər”, – o deyib. Pezeşkianın sözlərinə görə, Vaşinqton İran sakinləri arasında qeyri-sabitlik yaratmaq üçün informasiya savaşı aparır.

Pezeşkian bildirib ki, İran heç bir dövlətə hücum etməsə də, hərbi aqressiya qarşısında təslim oplmayacaq: “Müharibə bütün bölgə üçün dağıntı və zərərə səbəb olacaq”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑