ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətini İrana qarşı başladılan müharibə ilə əlaqələndirib.
Globalinfo.az xəbər verir ki, Vens bu barədə X hesabında paylaşım edib.
O bildirib ki, respublikaçıların seçkilərdəki uğursuzluğunu seçicilərin səsverməyə gəlməməsi ilə izah etmək düzgün deyil. Vitse-prezidentin fikrincə, əsas səbəb 2024-cü ildə Donald Trampa səs verən tərəfdarların bir qisminin 2026-cı ildə demokratları dəstəkləməsidir.
Vens vurğulayıb ki, seçkilərin nəticələri və Respublikaçılar Partiyasının gələcək addımları təhlil edilərkən məğlubiyyətdə müharibənin rolunun etiraf olunması vacibdir.
Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərində demokratlar əhəmiyyətli üstünlük əldə ediblər.
Əliyar Xəlil,



