ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan sanksiyaların və fövqəladə vəziyyət rejiminin müddətini növbəti dəfə uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin Federal Reyestrində dərc olunan məlumatda bildirilib.
Qərarın səbəbi kimi Vaşinqtonla Tehran arasında münasibətlərin hələ də normallaşmaması, eləcə də 1981-ci il Əlcəzair razılaşmalarının icra prosesinin davam etməsi göstərilib.
Məlumata əsasən, 1979-cu il noyabrın 14-də elan edilmiş fövqəladə vəziyyət rejimi və onunla bağlı tədbirlər 2026-cı il noyabrın 14-dən sonra da qüvvədə qalacaq.
Xatırladaq ki, İrana qarşı bu tədbirlər ilk dəfə ABŞ-nin 39-cu prezidenti Cimmi Karter tərəfindən Tehranda amerikalı diplomatların girov götürülməsinə cavab olaraq tətbiq edilib. Həmin vaxt İranın rəsmi aktivləri dondurulub, ölkə ilə ticarət əlaqələrinə məhdudiyyətlər qoyulub.
Əliyar Xəlil,



