ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Prezident Donald Trampın Avropa liderlərindən daha çox Rusiya Prezidenti Vladimir Putinə yaxın olduğu barədə iddiaları rədd edib.
Globalinfo.az xəbər verir ki, Uitaker bu fikirlərlə qətiyyən razılaşmadığını bildirərək Avropa tərəfinin hadisələrə fərqli yanaşa biləcəyini, lakin belə qiymətləndirmələrin reallığı əks etdirmədiyini vurğulayıb.
Diplomatın sözlərinə görə, Tramp Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması üçün diplomatik razılaşma əldə etməyə və tərəflər arasında kompromis tapmağa çalışır.
Uitaker hesab edir ki, danışıqlar prosesini çətinləşdirən əsas məqamlardan biri Vladimir Putinin öz mövqeyində israr etməsi və Qərbin qəbul edə biləcəyi şərtlərlə razılaşmağa hazır görünməməsidir.
Səfir qeyd edib ki, Rusiya liderinin fərqli mövqe sərgiləməsi arzuolunan olardı, lakin danışıqlar zamanı onun hazırkı yanaşmasını da nəzərə almaq lazımdır.
Uitakerin fikrincə, əsas məqsəd bütün tərəflər üçün qəbul edilə bilən razılaşma şərtlərini müəyyənləşdirməkdir. O, münaqişənin artıq beşinci ilinə qədəm qoyması fonunda belə bir razılaşmaya nail olmağın olduqca çətin olduğunu etiraf edib.
Tahir Turan
Globalinfo.az



