İran ABŞ-nin ölkəyə qarşı yeni hücumu baş verəcəyi təqdirdə Ukraynanın bir sıra şəhərlərinə zərbələr endirməklə hədələyib.
"Bakupost" xəbər verir ki, İranın dövlət televiziyası IRINN ABŞ-nin mümkün hücumuna cavab olaraq Kiyev, Lvov və Odessanın potensial hədəflər ola biləcəyini açıqlayıb.
Telekanalın efirində İran ərazisindən Avropa istiqamətində uçan raketlərin təsvir olunduğu xəritə də nümayiş etdirilib. Xəritədə Polşanın Jeşuv şəhəri də qeyd olunub.
Qrafik təsvirlərin yer aldığı görüntüdə bu ifadələr qeyd edilib:
“Raketlərimiz Avropaya çatacaq və biz amerikalı imperialistləri və onların müttəfiqlərini məhv edəcəyik”.
İranın bu təhdidi regionda gərginliyin daha da artması ilə bağlı narahatlıqları gücləndirib.





