Dünya · Bizim.Media

Tramp: “İmpiçment ehtimalı məni narahat etmir, demokratları isə məğlubiyyət gözləyir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: “İmpiçment ehtimalı məni narahat etmir, demokratları isə məğlubiyyət gözləyir” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp impiçment ehtimalının onu narahat etmədiyini bildirib. O, impiçment elan ediləcəyi təqdirdə Demokratlar Partiyasını ağır məğlubiyyətin gözlədiyini deyib.

Bizim.Media xəbər verir ki, Tramp respublikaçıların aralıq seçkilərdə məğlubiyyətini əsasən İranla müharibə və yanacağın qiymətinin artması ilə əlaqələndirib.

Amerika lideri, həmçinin demokratlarla münasibətlərinin yaxşı olacağını düşündüyünü bildirib.

Qeyd edək ki, ABŞ mediasının məlumatına görə, aralıq seçkilərin nəticələrinə əsasən, demokratlar Konqresin hər iki palatasına nəzarəti ələ keçiriblər. Onlar ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda da qələbə qazanıblar.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑