
Belçikanın Baş naziri Bart de Vever dövlət büdcəsi ilə bağlı razılığın əldə olunmaması səbəbindən vəzifəsindən ayrılmaq istəyini Kral Filipə çatdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Belçika Kral Sarayının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, monarx baş nazirin istefası ilə bağlı qərarı hələlik təxirə salıb:
“Bunun əvəzinə koalisiya çoxluğunda təmsil olunan siyasi partiyaların rəhbərləri ilə məsləhətləşmələrə başlamaq qərarı verilib. Ölkənin mövcud çağırışlarına cavab verə biləcək dayanıqlı büdcə ilə bağlı razılığın əldə edilməməsi təəssüf doğurur”.
Eyni zamanda geosiyasi qeyri-müəyyənliyin və iqtisadi çətinliklərin artdığı hazırkı şəraitdə Belçikanın uzunmüddətli siyasi böhranla üzləşməsinin arzuolunmaz olduğu vurğulanıb.
Safura Bənnayeva
Globalinfo.az



