Dünya · Publika.az

Qəzaya uğrayan təyyarə ilə bağlı müəmma - Epşteyn iddiası

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qəzaya uğrayan təyyarə ilə bağlı müəmma - Epşteyn iddiası xəbəri üçün şəkil

ABŞ-ın Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra diqqətçəkən məqam üzə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Technical.ly” nəşrinin araşdırmasında qeyd olunub.

Araşdırmalar zamanı təyyarənin rəsmi sahibinin Delaver ştatında qeydiyyatdan keçmiş “LR60271” LLC şirkəti olduğu müəyyən edilib. Şirkətin Uilminqton şəhərindəki “1209 North Orange Street” ünvanından istifadə etdiyi məlum olub.

Həmin ünvanın Ceffri Epşteyn işi ilə bağlı ictimaiyyətə açıqlanan sənədlərdə 108 dəfə qeyd olunması diqqət çəkib.

Məlumata görə, sözügedən binada təxminən 300 min şirkət qeydiyyatdan keçib. “Corporation Trust Center” kimi tanınan bina şirkətlərin gündəlik fəaliyyət göstərdiyi mərkəz deyil, hüquqi bildirişlərin və rəsmi yazışmaların qəbul edildiyi ünvandır.

Xatırladaq ki, noyabrın 1-də Texasdan Baham adalarına uçan “Learjet 60” tipli biznes-jeti Floridanın “Palm Beach County” bölgəsində yaşayış məntəqəsinə düşüb. Qəza nəticəsində təyyarədəki 9 nəfər həyatını itirib, güclü partlayış baş verib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑