Dünya · Azxeber.com

Belçikanın Baş naziri istefasını Krala təqdim edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Belçikanın Baş naziri istefasını Krala təqdim edib xəbəri üçün şəkil
Belçikanın Baş naziri Bart De Vever istefasını Krala təqdim edib.
Bu barədə VRT məlumat yayıb.
Buna hökumət daxilində büdcə ilə bağlı ixtilafların həll edilə bilməməsi səbəb olub.
Ölkənin dövlət borcunun Ümumi Daxili Məhsulundan (ÜMD) 110%-dən çox olduğu (735 milyard avro) bildirilir. Avropa İttifaqı qanunlarına görə isə, üzv dövlətlər üçün ümumi dövlət borcunun yuxarı həddi ümumi daxili məhsulun (ÜDM) 60%-i olaraq müəyyən edilib.
Hökumət 10 milyard avro qənaət etmək niyyətindədir və buna nail olmağın yolları barədə koalisiya üzvləri arasında anlaşılmazlıqlar mövcuddur.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑