İranın ali rəhbəri Müctəba Xamenei münaqişənin sülh yolu ilə həlli məqsədilə ABŞ ilə danışıqlar aparmaq üçün hökumətə səlahiyyət verib.
Yenicag.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian məlumat verib.
Onun sözlərinə görə, münaqişənin dialoq yolu ilə həlli istiqamətində səylər göstərilir və bu məqsədlə ali rəhbər hökumətə müəyyən səlahiyyətlər verib.
Pezeşkian, həmçinin ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində yaranmış böhranların aradan qaldırılmasında əhalinin iştirakının vacibliyini vurğulayıb.



