Dünya · Globalinfo.az

Husilər Yəməndə tibb mərkəzinə raket zərbəsi endirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Yəməndə tibb mərkəzinə raket zərbəsi endirib xəbəri üçün şəkil

Yəmənin Lahic vilayətində husilərin tibb mərkəzinə raket zərbəsi endirməsi nəticəsində azı 20 mülki şəxs ölüb və ya xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə Yəmən hökumətinə bağlı “Saba” telekanalına istinadən məlumat yayıb.

Məlumata əsasən, İranın dəstəklədiyi husilər vilayətin əl-Mudariba rayonunda yerləşən Əs-Suqya Sağlamlıq Mərkəzini raket atəşinə tutublar.

Qeyd edək ki, Lahic vilayəti Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərinin şimal və qərb istiqamətlərində yerləşir. Vilayət şəhərin müdafiəsi baxımından strateji əhəmiyyətə malikdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑