İngiltərənin paytaxtı Londondan Bolqarıstanın paytaxtı Sofiyaya uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili Budapeşt hava limanına eniş edib.
Axar.az xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi məlumat yayıb.
O qeyd edib ki, təyyarədə bomba olması barədə xəbərdarlıqdan sonra qırıcıların müşayiəti ilə hava gəmisi Budapeştə yönləndirilib.
Təyyarə hava limanına təhlükəsiz şəkildə eniş edib, sərnişinlər təxliyə olunduqdan sonra axtarışa başlanılıb.



