Dünya · Editor.az

İran ABŞ-la danışıqlarda yeni təklif irəli sürüb – Tehran qərarın Vaşinqtondan asılı olduğunu bildirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran ABŞ-la danışıqlarda yeni təklif irəli sürüb – Tehran qərarın Vaşinqtondan asılı olduğunu bildirir xəbəri üçün şəkil

İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, vasitəçilər üzərindən aparılan məsləhətləşmələr intensiv xarakter daşıyır.

Onun sözlərinə görə, İran öz şərtlərini və təkliflərini təqdim edib və bundan sonrakı proses ABŞ-ın siyasi qərarından asılıdır.

Tehran əvvəlki yeddi bəndlik sülh planını daha qısa müddətdə həyata keçirilə biləcək formaya salıb. Təkliflərə ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması, Hörmüz boğazının gəmiçilik üçün açılması, İran neftinin satışına qoyulan məhdudiyyətlərin yumşaldılması və yeni sanksiyaların dayandırılması daxildir.

Bununla yanaşı, İran nüvə proqramı ilə bağlı danışıqların yalnız öz şərtləri yerinə yetirildikdən sonra başlaya biləcəyini vurğulayır.

Çin və Rusiya da tərəfləri hərbi əməliyyatların yenidən başlamaması üçün diplomatik həll yoluna üstünlük verməyə çağırıblar.

//Samir Qurbanov, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑