Dünya · News24.az

Hakerlər yenə supermarketlərin soyuducu sistemlərini hədəfə aldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hakerlər yenə supermarketlərin soyuducu sistemlərini hədəfə aldı xəbəri üçün şəkil

Avropanın yeddi ölkəsində onlarla supermarketin soyuducu və dondurucu sistemləri ehtimal olunan kiberhücumun hədəfinə çevrilib.
News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisə Belçika, Lüksemburq, İsveç, İrlandiya, Niderland, Estoniya və Finlandiyadakı mağazalara təsir edib. Belçika və Lüksemburqda “Delhaize” şəbəkəsinə məxsus təxminən 40 supermarket zərər çəkib.Məlumatlara görə, Avropanın bir sıra supermarketlərində dondurucu kameraların temperaturu 50 dərəcəyədək yüksəlib.

Hücumun arxasında kimin dayandığı hələlik məlum deyil.

Qeyd edək ki, daha əvvəl Fransa və Niderlandda da yüzlərlə mağazanın soyutma sistemləri sıradan çıxıb. Naməlum şəxslər avadanlıqların temperatur rejimini məsafədən dəyişiblər.  

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑