Dünya · Azxeber.com

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb xəbəri üçün şəkil
Qazaxıstanın qərbində - Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Məlumata görə, cinayətkar qruplaşma üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorakılıqla dəyişdirməyi hədəfləyiblər.
Bildirilib ki, saxlanılan şəxslər ekstremist qrupun yaradılması, rəhbərliyi və fəaliyyətində iştirak etmək, terrorizmi təbliğ etmək və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.
Təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı odlu silah, narkotik vasitə, dini ləvazimat, ədəbiyyat və digər maddi sübutlar götürülüb.
Onların yaratdıqları uşaq və yeniyetmələr üçün üç yeraltı təlim mərkəzinin fəaliyyəti dayandırılıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑