Dünya · Yeni Sabah

Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi xəbəri üçün şəkil

Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla, bir sıra böyük şəhərlərdə hiss olunduğu bildirilir. Dominos pizza

Zəlzələnin episentri Aralıq dənizində yerləşib. Təkanların Muğla vilayətinin Datça rayonundan 253.19 kilometr məsafədə qeydə alındığı bildirilib.

Zəlzələnin ocağı 9.07 kilometr dərinlikdə yerləşib.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑