Dünya · Ölkə.az

ABŞ-da Hellouin şənliklərində 76 nəfər ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-da Hellouin şənliklərində 76 nəfər ölüb xəbəri üçün şəkil

Ölkə.az Modern.az-a istinadən xəbər verir ki, hadisələr barədə ilk məlumat Tennessi ştatından daxil olub. Belə ki, yeniyetmələrdən biri məktəbə tapança gətirib. Ona qanunsuz silah saxlama ittihamı irəli sürülüb.

Daha sonra Çikaqonun cənub rayonlarından birində baş verən mübahisə zamanı 35 yaşlı kişi güllələnərək öldürülüb. Missuri ştatının kiçik şəhərlərindən birində isə məclisdə baş verən mübahisə atışma ilə nəticələnib. Hadisə zamanı 22 yaşlı gənc 18 yaşlı oğlanı yaralayıb.

Kaliforniya ştatının Feyrfild şəhərinin polis idarəsi yerli ticarət mərkəzində atışma baş verdiyini bildirib. Atəş səsləri Hellouin kostyumları satılan mağazanın yaxınlığında eşidilib. Baş verən qarşıdurma nəticəsində altı nəfər yaralanıb, 31 yaşlı hamilə qadın isə həyatını itirib.

Montana ştatının Evrika şəhərində cümə günü axşam saatlarında baş verən atışmada şerif müavini öldürülüb, daha bir polis əməkdaşı yaralanıb.

Noyabrın 1-i, bazar gününə keçən gecə Delaver Universitetinin korpuslarının yaxınlığında da atışma baş verib. Hadisə zamanı altı nəfər yaralanıb.

Texas ştatının Dallas şəhərində bir gecə ərzində dörd nəfər güllələnərək öldürülüb, 15 nəfər yaralanıb. Ştatın başqa bir şəhərində isə ad günü məclisi zamanı odlu silahdan yaralanan yeddi nəfər xəstəxanaya yerləşdirilib.

Florida ştatının Ceksonvill şəhərində keçirilən məclisdə 20 yaşlı gənc öldürülüb. Polis məlumatına görə, yaralanan doqquz nəfər arasında 15 yaşlı qız da olub.

İllinoys ştatında isə 19 yaşlı qız öldürülüb, daha səkkiz nəfər yaralanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑