Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarının iflasa uğraması səbəb olub.
Baş nazir Kral Filiplə təxminən 1,5 saat görüşdükdən sonra mətbuata müraciət etmədən sarayı tərk edib.
Kral hələ baş nazirin istefasını qəbul etməyib və partiya liderləri ilə məsləhətləşmələr aparacaq. Baş nazirlə növbəti görüş noyabrın 6-na təyin edilib.






