Dünya · Bizim.Media

Kartof hesab edirdi, qızıl külçəsi çıxdı - Dəyəri 200 min dollardır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kartof hesab edirdi, qızıl külçəsi çıxdı - Dəyəri 200 min dollardır xəbəri üçün şəkil

Avstraliyanın Yeni Cənubi Uels ştatında qızıl axtaran şəxs torpağın altından təxminən 1,2 kiloqram ağırlığında qızıl külçəsi tapıb. Kartof böyüklüyündə olan nadir tapıntının dəyəri 160 min dollar, kolleksiyaçıya satılacağı təqdirdə isə 200 min dollar qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, hadisə ştatın şimal-qərbində, Tibooburra şəhəri yaxınlığındakı Mount Stuart ərazisində baş verib.
 

Bir neçə gün ərazidə axtarış aparan həvəskar əvvəlcə köhnə mismarlar, at nalları və güllə qalıqlarından başqa heç nə tapmayıb. Metal detektorunun siqnalı ilə diqqətini müəyyən bir nöqtəyə yönəldən şəxs torpağın altında kiçik sarı parıltı görüb. Qazıntını davam etdirdikdə isə kvarsla qarışıq, kartof böyüklüyündə qızıl parçası üzə çıxıb.


Adının açıqlanmasını istəməyən şəxs cihazın əvvəlcə güclü siqnal vermədiyini, qazıntı dərinləşdikcə siqnalın gücləndiyini bildirib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, “Tibooburra Spud” adlandırılan külçənin ümumi çəkisi 1,2 kiloqram, saf qızılın çəkisi isə təxminən 940 qramdır. Tapıntının bazar dəyəri 150-160 min dollar arasında qiymətləndirilir. Özəl kolleksiyaçıya satılacağı təqdirdə isə qiymətinin 200 min dollara qədər yüksələ biləcəyi bildirilir. (metbuat.az)

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑