İdman · Globalinfo.az

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar xəbəri üçün şəkil

İordaniyanın paytaxtı Ammanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal əldə edib. Gülşən Hüseynova (-48 kiloqram) və Ayan Əliyeva (-63 kiloqram) turnirin qalibi olublar. Gülgəz Musayeva (-48 kiloqram) və Aytən Verdiyeva (-57 kiloqram) ikinci, Çinarə Sadıqova (-52 kiloqram) isə üçüncü yeri tutub.

Azərbaycan yığması ilk yarış gününü qızların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci sırada başa vurub.

Qeyd edək ki, beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑