Dünya · Globalinfo.az

Ərdoğan vəd verdi: “Hücumların qarşısını almaq üçün…”

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğan vəd verdi: “Hücumların qarşısını almaq üçün…” xəbəri üçün şəkil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib.

Globalinfo.az xəbər verir ki, o, həmçinin “Məkkə Sazişi”nin yaxın günlərdə ratifikasiya üçün Türkiyə parlamentinə təqdim olunacağını açıqlayıb.

“Türkiyə bu qanunsuz və qeyri-insani hücumlar qarşısında Səudiyyə Ərəbistanının və səudiyyəli qardaş-bacılarımızın yanındadır”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara avqustun 7-də Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan birgə müdafiə sazişinin icrası üçün institusional mexanizmlərin yaradılması istiqamətində işləri davam etdirir.

“Biz “Məkkə Sazişi”ni yaxın günlərdə parlamentə təqdim etmək və ölkə daxilində ratifikasiya prosesini başa çatdırmaq üçün səylərimizi davam etdiririk”, – deyə Türkiyə lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑