Dünya · Yeni Çağ

Səudiyyə Ərəbistanı ordusu Yəmənin bir sıra vilayətlərini vurdu - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səudiyyə Ərəbistanı ordusu Yəmənin bir sıra vilayətlərini vurdu - Yeni Çağ xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri son 24 saat ərzində Yəmən ərazisinə 119 hava və raket zərbəsi endirib.

Yenicag.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariə məlumat verib. Onun sözlərinə görə, zərbələr paytaxt Sana da daxil olmaqla bir sıra vilayətlərdəki mülki obyektlərə endirilib.

Sariə hücumların F-15 və “Typhoon” qırıcıları ilə həyata keçirildiyini iddia edib.

Xatırladaq ki, oktyabrın 10-u və 11-də husilər Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına hücum ediblər. Səudiyyə hakimiyyətinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 13 nəfər ölüb, 320 nəfər yaralanıb. Oktyabrın 12-də hava limanının fəaliyyətinin dayandırılması müddəti uzadılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑