Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki bu barədə bazar ertəsi Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Məlumata görə, UKMTO insidentlə bağlı məlumatı gecikmə ilə alıb, atəşin dəqiq vaxtı hələ müəyyən edilməyib.
Zərbə nəticəsində heyət üzvləri xəsarət almayıb.





